13.09.2017

Xızı rayon ümumtəhsil məktəblərinə təyinat alan müəllimlər şərəfli "Müəllim andı" içdilər.

    Təhsil nazirinin əmri ilə təsdiqlənən “Müəllimlərin etik davranış qaydaları”nda “Müəllim andı” da əksini tapıb. “Müəllimlərin etik davranış qaydaları”na əsasən, and Azərbaycanla müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir. Müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içir: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsil alanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.
Bütün bunları əsas tutaraq 12 Sentyabr 2017-ci il tarixində Xızı rayon ümumtəhsil məktəblərinə təyinat alan müəllimlər şərəfli andı içdilər.