15.09.2017

Xızı məktəblərində "Bilik günü"

    Sentyabrın 15-də Xızı məktəblərində "Bilik günü" qeyd edilib. Tədbirlərdə Xızı rayon Təhsil Şöbəsinin rəhbərliyi, struktur bölmə rəhbərləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri iştirak edib.Mərasimdə müəssisə rəhbərləri çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən söz açıb, məktəb məzunlarının qəbul imtahanlarında göstərdikləri uğurlardan bəhs ediblər. “Bilik günü”ndə iştirak edən Xızı RTŞ-nin nümayəndələri və qonaqlar yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib,  onlara uğurlar arzulayıb. Sonra məktəblilərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib. Qeyd edək ki, yeni tədris ilində Xızı RTŞ-nin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində ümumilikdə 2212 şagird təhsil alacaq.