28.11.2017

Xızı rayonunda “Arifə bir işarə” adlı layihə çərçivəsində “Nə? Harada? Nə zaman?” turniri təşkil olunub.

    Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsinin qalibi olan “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyi tərəfidən icra edilən və Xızı rayon Gənclər və İdman İdarəsi və Xızı rayon Təhsil Şöbəsi tərəfndən dəstəkənən yarışda Xızı rayonunda yaşayan və təhsil alan 8 komandanını tərkibində birləşən 48 nəfər gənc iştirak edib.

Rəsmi açılış mərasimində çıxış edən layihənin rəhbəri Ramin Mahmudov qeyd edib ki, layihə ölkə prezidenti cənab İlham Əliyev tərəfindən 15 sentyabr 2017-ci il tarixində imzalanan “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının müvafiq bəndinin icrasına dəstək vermək məqsədilə icra edilir. Natiq eyni zamanda 2011-ci ildən fəaliyyətə başlayan Azəbaycan Gənclər Fondunun gənclərə və gənclər təşkilatlarına göstərdiyi dəstəkdən danışıb, fondun qrant proqramları barədə məlumat verib. Tədbirdə iştirak edən Xızı rayon Gənclər və İdman İdarəsinin baş məsləhətçisi Kamran Quliyev bu kimi layihə və tədbrilərin gənc nəslin təhsilə olan marağının artırılmasında, eləcə də məntiqi düşünmə bacarıqlarının inkişafında, vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsində əhəmiyyətli rol oynadığını qeyd edib.

Nə? Harada? Nə zaman? intellektual oyununun qaydaları əsasında təşkil olunan yarışda “Məzun” komandası birinci, “Odlar yurdu” ikinci, “Dejavü” komandası üçüncü olub. Yarışın yekununda qalib və mükafatçılar təşkilatçılar tərəfindən diplom, medal və kubokla təltif edilib.

    Qeyd edək ki, layihənin əsas məqsədi şimal zonasına daxil olan Xızı, Siyəzən, Şabran, Xaçmaz, Qusar və Quba rayonlarında yaşayan və təhsil alan yeniyetmə və gənclərin asudə vaxtlarını səmərəli təşki etmək, onların vətənpərvərlik və vətəndaşlıq tərbiyəsinin yüksəldilməsinə xidmət etmək, eyni zamanda da intellektual oyunlar vasitəsilə Azərbaycanımızın mədəniyyəti, tarixi, coğrafiyası, adət-ənənələri barədə bilgilənmələrinə dəstək olmaqdır.


Açar sözlər: ,