15.01.2018

Sitalçay kənd tam orta məktəbndə "Şəhadət" sənədli filmi nümayiş olunub

    11.01.2018-ci il tarixdə Xızı rayonu Nicat Allahverdiyev adına Sitalçay kənd tam orta məktəbndə "Şəhadət" sənədli filmi nümayiş olunub. Tədbirdə N.Allahverdiyev adına Sitalçay kənd tam orta məktəbin direktoru Zəfər Novruzov, DİQDK-nin Sumqayıt bölgəsi üzrə söbənin əməkdaşı Abdulla Hüseynov, müəllimlər və yuxari sinif şagirdləri iştirak etmişdir.

    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zəfər Novruzov bildirdi ki, gənclərin yad ideologiyalardan və zərərli vərdişlərdən qorunmasındaelmin, təhsilin, dini marifləndirmə tədbirlərinin keçirilməsi çox vacibdir. DİQDK-nin Sumqayıt bölgəsi üzrə söbənin aparıcı məsləhətçisi Abdulla Hüseynov,qeyd etdi ki, radikal dini qrupların qeyri ənənəvi təriqətlərin zərərlərinin qarşısının alınması, milli mənəvi dəyərlərin və ölkədəki tolerantlıq mühitinin qorunub saxlanması, savadlı, vətənpərvər gənc nəslin formalaşmasından aslıdır. Milli mənəvi dəyərlərimizə hörmət etmək və qorumaq hər bir gəncin borcudur. Natiq bildirdi ki, təqdim olunan "Şəhadət" sənədli filmi gənclərə yad və zərərli dini düşüncələrin fərdin və cəmiyyətin həyatına təhlükəli təsirlərini izah etmək, onlara azadlığımızı və ərazi bütövlüyümüz uğrunda şəhid olan Vətən oğullarının vətənpərvərlik əxlaqının və şücaətini aşılamaq məqsədi daşıyır.


Açar sözlər: ,