18.01.2018

Xızı rayon Təhsil Şöbəsinin məsləhətçisi mükafatlandırıldı

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında (AHİK) ali məktəb tələbələri arasında  futzal üzrə idman yarışının, “Nə? Harada? Nə zaman?” intellektual oyunun qaliblərinin, “İlin peşəkar gənci” müsabiqəsinin fəal iştirakçılarının, 2017-ci ildə müxtəlif elm, mədəniyyət və idman üzrə beynəlxalq səviyyəli tədbirlərdə uğurlar qazanmış bir qrup gəncin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimi AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev açaraq Azərbaycanda həyata keçirilən uğurlu gənclər siyasətindən danışıb, əldə olunan nailiyyətlərdən bəhs edib.Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasətinin əhəmiyyətindən danışıb, Ulu Öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən qətiyyətlə həyata keçirildiyini vurğulayıb. Dövlətimizin başçısının təhsilə, mədəniyyətə, idmana daim böyük önəm verdiyini deyən AHİK-in sədri diqqətə çatdırıb ki, müvafiq sahələrdə qazanılan nailiyyətlər ildən-ilə artır.

Tədbirdə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika  Komitəsinin Rəyasət Heyətinin qərarı əsasında keçirilmiş "İlin peşəkar gənci" müsabiqəsinin fəal iştirakçıları da mükafatlandırılıblar. Xızı Rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Rauz oğlu Ağayev "İlin peşəkar gənci" müsabiqəsinin fəxri fərmanı ilə mükafatlandırılıb.


Açar sözlər: