22.01.2018

Ümumi təhsil müəssisələrində silsilə tədbirlər

    Xızı rayonunun bütün ümumtəhsil müəssisələrində yanvarın 19-da ilk dərslər 20 Yanvar–Ümumxalq Hüzn Gününə həsr edilib. Təhsil Nazirliyinin əmri ilə təsdiqlənmiş “20 Yanvar faciəsinin iyirmi səkkizinci ildönümünün keçirilməsi barədə Tədbirlər Planı”na və Xızı rayon Təhsil Şöbəsinin müvafiq əmrinə əsasən tədris olunan dərslər şagirdlərdə Vətənə məhəbbət hissinin daha da möhkəmləndirilməsi, onların Vətənə layiqli övlad kimi yetişdirilməsi və əsil vətəndaş mövqeyinin məktəblilərə çatdırılması məqsədlərinə xidmət edir. Dərsləri tədris edən müəllimlər Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı ilin 20 Yanvar hadisələri barədə söhbət açıblar. Eləcə də 20 Yanvar hadisələrinin nəticələrindən, şəhid kimi əbədiyyətə qovuşan Vətən övladlarının şücaətindən bəhs olunub. Sonra bütün üumtəhsil müəssisələrində anım günü ilə əlaqədar tədbirlər keçirilib, Vətən uğrunda canından keçmiş şəhidlərin qəbir üstü abidələri ziyarət edilmişdir.


Açar sözlər: ,  ,  ,