05.02.2018

Gənclər Günü

    02 Fevral "Gənclər Günü" münasibətilə Xızı rayon Gənclər və idman idarəsinin təşkilatçılığı ilə rayon tədbiri keçirilmişdir. Tədbirdən öncə bir qrup fəal gənc Ümummilli liderimiz Heydər Əliyevin abidəsini ziyarət edib, abidəsi önünə gül dəstələri qoymuşlar. Sonra gənclərin iştirakı ilə keçirilən iclasda cıxışlar dinlənilib və rayonda muxtəlif sahələr üzrə seçilən aktiv gənclər fəxri fərman və hədiyyələrlə təltif edilmişlər. Təltif olunan gənclərdən Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbinin ingilis dili müəllimi Xanbaba Əzimov və Xızı rayon Təhsil Şöbəsinin məsləhətçisi İman Agayev də olmuşdur.


Açar sözlər: