22.02.2018

Beynəlxalq Ana Dili Günü qeyd olunub 

Xızı RTŞ-nin təşkilatçılığı ilə R. İsmayılov adına Xızı şəhər tam orta məktəbində Beynəlxalq Ana dili günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Fazil Məmmədov iştirakçılara ana dilinin dəyərlərindən, hər bir kəsin öz ana dilinə göstərməli olduğu qayğıdan və verməli olduğu dəyərlərdən danışıb. 

Tədbirlərdə şagirdlərə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirməklə bağlı söhbət açılıb. Qeyd olunub ki, Azərbaycan dilinin dövlət dili səviyyəsinə yüksəlməsində ümummilli lider Heydər Əliyevin tarixi xidmətləri var. Bu gün də Azərbaycan dövləti milli-mənəvi dəyərlərin qorunmasına və dilimizin inkişafına qayğı ilə yanaşır.
              Şagirdlər ana dilimizə həsr edilən şeirlər, müdrik kəlamlar, mahnılar söyləyib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.