12.03.2018

Əməkdaşlıq uğurla davam edir

    Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Pedaqoji əməkdaşlıq əlaqələrinin yaradılması” barədə 05 yanvar 2018-ci il tarixli 21№li əmrinə uyğun olaraq Siyəzən və Xızı rayon Təhsil Şöbələri artıq təşkilatı işləri başa çatdırmış, maarifləndirmə işləri aparılmışdır. Bu günlərdə Siyəzən şəhər M.Müşfiq adına 2 saylı tam orta məktəbin direktoru bir qrup müəllimi Giləzi qəsəbə M.Müşfiq adına tam orta məktəbində olmuş, burada idarəetmə məsələləri, təhsil prosesi ilə tanış olmuş, bir neçə dərsdə də iştirak etmişlər.

     Dəyirmi masa ətrafında maraqlı söhbət aparılmışdır. Siyəzən RTŞ metodkabinetinin müdiri C.Bağırov Xızı RTŞ metodkabinetinin müdiri V.Ələkbərov görüləcək işlərlə bağlı fəaliyyət planının mahiyyətini şərh etmiş , Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru R.Rəhmanov ,Giləzi qəsəbə tam orta məktəbin direktoru S.Rüstəmova və başqaları Təhsil Nazirliyinin müvafiq əmri ilə əlaqədar öz fikirlərini söyləmişlər.