22.05.2018

Xızı şəhər tam orta məktəbdə "Əlifba" bayramı keçirilib  

R.İsmayılov adına Xızı şəhər tam orta məktəbdə  əlifba bayramı keçirilib. Şagirdlər ilk öncə Ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət etmiş, daha sonra Heydər Əliyev Mərkəzində olub, eksponatlarla tanış edilib. Bundan sonra məktəbdə birincilərin iştirakı ilə bir birindən maraqlı səhnəciklər və rəngarəng konsert proqramı ilə valideyinləri qarşısında çıxış ediblər.

Tədbirdə məktəbin  direktoru Əməkdar müəllim Fazil Məmmədov, məktəbin direktor müavini Vaqif Eyyubov və valideynlər çıxış edərək birincilərə uğurlu yol arzulayıb. Birinci sinfin müəllimi Zöhrə Həsənova yekunda bu tədbirin təşkilində göstərdikləri köməkliyə görə məktəb rəhbərliyinə və valideynlərə öz minnətdarlığını bildirib.


Açar sözlər: ,  ,  ,