05.11.2018

“Şagird-məzun” dövlət elektron məlumat sistemində yerinə yetiriləcək işlərlə bağlı seminar keçirilib

Xızı rayon Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində 2018/2019-cu tədris ilində ümumtəhsil müəssisələrinin şagirdləri haqqında məlumatların “Şagird-məzun” dövlət elektron məlumat sisteminə daxil edilməsi və yekun qiymətləndirmənin aparılması ilə əlaqədar yerinə yetiriləcək işlərlə bağlı seminar keçirilib.

Seminarlarda DİM əməkdaşları tərəfindən Xızı rayon Təhsil Şöbəsinin və ümumtəhsil müəssisələrinin əlaqələndiricilərinə buraxılış imtahanlarındakı yeniliklər və bu yeniliklərlə əlaqədar “Şagird-məzun” sistemində edilmiş dəyişikliklər üzrə ətraflı izahat verilib.

Görüşdə seminar iştirakçılarının sualları cavablandırılıb və görüləcək işlərin DİM-in təqvim planına uyğun olmasının vacibliyi qeyd edilib.


Açar sözlər: ,  ,