27.12.2018

Məktəblilər Cəfər Cabbarlının ev muzeyini ziyarət edib

Xızı rayon Altıağac qəsəbə tam orta məktəbin təşkilatçılığı ilə XI sinif şagirdləri Xızı şəhərində yerləşən dramaturq şair Cəfər Cabbarlının ev-muzeyini ziyarət edib. Tədbir iştrakçıları əvvəlcə görkəmli sənətkarın büstü önünə gül dəstələri qoyaraq , onun ölməz sənətindən söz açıb.

Sonra məktəbin Azərbaycan dili müəllimi Qafur Mərdanov “Cəfər Cabbarlının həyatı və yaradıcılığı” mövzusunda açıq dərsini şagirdlərə dramaturqun ev muzeyində təqdim edib.

Tədbir çərçivəsində məktəblilər Cəfər Cabbarlının şeirlərindən nümunələr söyləyib.

Sonda tədbir iştrakçıları muzeyin ekspanatları və şairin ev muzeyi ilə tanış olub.
 


Açar sözlər: ,  ,  ,  ,