27.12.2018

“Dünya azərbaycanlılarının həmrəyliyi” mövzusunda “dəyirmi masa”

Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Svetlana Rüstəmova bu işin əsasən 1990-cı illərin əvvəllərinə, yəni, ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəldiyi dövrlərə təsadüf etdiyini bildirmişdir. Məhz bu dövrdən etibarən dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların təşkilatlanmağa başladığını və bu günədək prosesin davam etdiyini qeyd edib.

Tədbirdə çıxış edən məktəbin direktor müavini Yaqub Zülfiyev “Azərbaycan diasporunun müasir vəziyyəti və həyata keçirilən işlər” mövzusunda məlumat verib. Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesindən söz açan məktəbin tarix müəllimi Səbirə Tağıyeva hazırda dünyanın bir çox ölkələrində Azərbaycanın 370-dən artıq diaspor təşkilatının fəaliyyət göstərdiyini diqqətə çatdıraraq vurğulayıb ki, onlar dövlətimizin xarici siyasətinin uğurlu həyata keçirilməsində böyük rola malikdirlər.

Məktəbin İngilis dili müəllimi Xanbaba Əzimov  xaricdə təhsil alan azərbaycanlı şagirdlər və onların fəaliyyətləri haqqında tədbir iştirakçılarına məlumat verib.“ Vurğulayıb ki, dünyanın hər bir guşəsində ölkəmizin tanıdılması üçün keçirilən tədbirləri, diaspor və lobbiçilik fəaliyyətini daim dəstəkləyən, həmin tədbirlərin keyfiyyət və məhsuldarlığının artırılması üçün bu gün böyük addımlar atılır.

Tədbirdə iştirakçıların suallarını cavablandıran məruzəçilər mövzu ilə bağlı dəyərli tövsiyələr verərək, hər bir Azərbaycan vətəndaşı üçün həmrəylik gününün nə qədər əhəmiyyətli olduğunu bildiriblər.


Açar sözlər: ,  ,  ,  ,