14.01.2019

Dövlət İmtahan Mərkəzi Xızı rayonunda seminar keçirib

Dövlət İmtahan Mərkəzinin Xaçmaz regional bölməsi Xızı rayon Mikayıl Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində nəzarətçi-müəllimlər üçün seminar keçirib.

Xızı rayon ümumtəhsil müəssisələrindən cəlb olunmuş müəllimlərlə keçirilən seminarda nəzarətçilərin imtahan prosesi ilə əyani surətdə tanış olması məqsədilə imtahan texnologiyasına aid film nümayiş etdirilib.  Sonra imtahanın gedişi ilə bağlı qaydalar izah olunub, rast gəlinən hallar və onların həlli yolları sorğu-suallar vasitəsilə interaktiv şəkildə təhlil edilmiş və nəzarətçi-müəllimlərin şəxsi anket məlumatları dəqiqləşdirilib.
 


Açar sözlər: ,  ,  ,