17.01.2019

RTŞ-də məktəbdaxili qiymətləndirmə qaydaları ilə bağlı iclas keçirilib

Xızı Rayon Təhsil Şöbəsində rayon ümumtəhsil məktəb direktorları, direktor müavinləri və məktəb metodbirləşmə rəhbərlərinin iştirakı ilə iclas keçirilib.

İclasda "Ümumi təhsil pilləsində təhsilalanların attestasiyasının (yekun qiymətləndirmə (attestasiya) istisna olmaqla) aparılması Qaydası", Qaydalara edilən dəyişikliklər barədə iştirakçılara ətraflı məlumat verilib, mövzu slaydlarla şərh edilib.

Qaydalara edilən son dəyişikliklər barədə məktəb rəhbərlərinin sualları cavablandırılıb, onlara metodiki tövsiyələr verilib.