31.01.2019

Gənclər Günü qeyd edilib

Xızı rayon ümumi təhsil müəssisələrində Gənclər Günü ilə əlaqədar konfrans, “Dəyirmi masa”, “Açıq dərs”, mühazirə və seminarlar, həmçinin, məktəblilərin elm, idman və digər sahələrdə uğur qazanmış gənclərlə görüşləri təşkil olunub.

Tədbirlərdə şagirdlərə məlumat verilib ki, 1997-ci ildə imzalanan sərəncama əsasən, hər il fevralın 2-si ölkəmizdə Gənclər Günü kimi qeyd edilir. Azərbaycanda ulu öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət gənclər siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə gənclərin hərtərəfli inkişafı üçün geniş imkanlar yaradılıb.

Tədbirlərdə şagirdlərə, həmçinin, zərərli vərdişlərdən uzaq durmaq, elmə yiyələnmək, idmanla məşğul olmaq, eləcə də dövlətçiliyimizin möhkəmlənməsinə çalışan, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdıran, mədəni-mənəvi irsimizi təbliğ edən fəal gənclər sırasına qatılmaq tövsiyə olunub. 

Müxtəlif sahələr üzrə nailiyyətlər əldə etmiş gənclər də dövlət tərəfindən gənclərə göstərilən diqqət və qayğıdan danışıb, uğur qazanmağın yollarından bəhs ediblər.

Tədbirlərdə məktəbliləri maraqlandıran suallar cavablandırılıb.

Xızı rayon Heydər Əliyev Mərkəzində 2 Fevral-Gənclər Günü ilə əlaqədar rayon tədbiri da təşkil olunub. Xızı rayon Gənclər və İdman İdarəsi tərəfindən müsabiqə və idman yarışlarının qalibləri diplom və medallarla təltif edilib.         


Açar sözlər: ,  ,  ,  ,