06.02.2019

“Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusunda konfrans keçirilib

Xızı rayon akademik M.A.Dadaşzadə adına Şorabad qəsəbə tam orta məktəbində “Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun getdikcə artması və ölkəmizin regionda lider dövlətə çevrilməsi” mövzusunda konfrans keçirilib. Məktəbin direktoru Xatirə Həşimzadə ümummilli lider Heydər Əliyevin gənclərə miras qoyduğu siyasi irsdən danışıb. Qeyd edilib ki, bunun davamı olaraq hazırda Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan özünün ən sürətli inkişaf dövrünü yaşayır. Xatirə xanım ölkə daxilində siyasi, sosial-iqtisadi, mədəni, elm və təhsil sahələrində əldə edilən nailiyyətlərin, beynəlxalq aləmdə Azərbaycanın nüfuzunun artmasının bunun parlaq nümunəsi olduğunu vurğulayıb. X.Həşimzadə konfransın şagirdlərə elmi potensiallarını nümayiş etdirmək baxımından böyük imkanlar yaratdığını söyləyib. Konfransda məktəbin şagird və müəllimləri ilə yanaşı rayon Təhsil Şöbəsinin məsləhətçi və metodistləri də iştirak ediblər.


Açar sözlər: ,  ,  ,  ,