11.02.2019

I yarımilin yekunlarına dair təhsilyani şura iclası

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində I yarımilin yekununa həsr olunmuş təhsilyanı şura iclası keçirilib. İclasda Xızı Rayon Təhsil Şöbəsinin müdiri cənab Oqtay Abdullayev, rayonun ümumtəhsil məktəblərinin və məktəbdənkənar müəssisələrinin rəhbərləri, təhsil şöbəsinin əməkdaşları iştirak ediblər.

Tədris ilinin başlamasından keçən beş ay müddətində məktəblərdə təlimin keyfiyyətinin artırılması istiqamətində görülmüş işlər müzakirə olunub. Rayonun ümumtəhsil məktəblərində ayrı-ayrı fənlərin tədrisi vəziyyəti, aparılan sınaq yoxlamalarının nəticələri, istedadlı və qabiliyyətli şagirdlərlə aparılan işin təşkili vəziyyəti, dərslik və metodik vəsaitlərlə təminat, dərsə davamiyyətin vəziyyəti haqqında və s. məsələlərlə bağlı sahələrə toxunulub, əməli tədbirlər həyata keçirmək üçün məktəb rəhbərlərinə tövsiyə və tapşırıqlar verilib.