15.02.2019

M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində konfrans keçirilib

Xızı rayon Mikayıl Müşfiq adına adına Giləzi qəsəbə tam orta məktəbində “Azərbaycanın qədim tarixi, elmi, mədəniyyəti və zəngin təbiəti” mövzusunda konfrans keçirilib. Məktəbin direktoru Svetlana Rüstəmova ümummilli lider Heydər Əliyevin gənclərə miras qoyduğu siyasi irsdən danışıb. Qeyd edilib ki, yerləşdiyimiz coğrafi məkan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Doğma Vətənimizin ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir. Bu gün bu abidələr, mədəniyyət və incəsənət ölkə rəhbərliyi tərəfindən böyük qayğı və diqqətlə qorunur, lazım olan məqamlarda restavrasiya edilir. S.Rüstəmova konfransın şagirdlərə elmi potensiallarını nümayiş etdirmək baxımından böyük imkanlar yaratdığını söyləyib. Konfransda məktəbin şagird və müəllimləri ilə yanaşı rayon Təhsil Şöbəsinin məsləhətçi və metodistləri də iştirak ediblər.