15.02.2019

"Saxaroza" mövzusunda açıq dərs keçirilib

Xızı rayon, Asim Abdullayev adına Altıağac qəsəbə tam orta məktəbin XI sinfində kimya  fənnindən "  Saxaroza " mövzusunda açıq dərs keçirilib.

Təşkil edilən açıq dərsin əsas məqsədi tədris prosesində öyrətmə və öyrənmə mühitinin səmərəli təşkili yolları, şagirdlərin tədqiqatçılıq bacarığını üzə çıxarılması və müasir təlim texnologiyalarının tətbiqi istiqamətində qabaqcıl təcrübəni tədbiq etməkdən ibarət olub. Təcrübə mübadiləsi, fənnin tədris səviyyəsinin nümayiş etdirilməsi, dərsin planlaşdırılması, qiymətləndirilməsi və bu istiqamətdə müzakirələrin aparılması da əsas komponentlərdən olub.

Dərsdə kimya fənninin zənginliyi əsas mövzu kimi şagirdlər tərəfindən qruplar şəklində işlənilib. Daha sonra şagirdlər lövhə qarşısında təqdimatlar edib, fikirlər söyləyiblər.

Açıq dərsdə müşahidəçi qismində Xızı rayon Təhsil şöbəsinin metodistləri, məktəb rəhbərliyi və digər fənn müəllimləri iştirak ediblər.

 


Açar sözlər: ,  ,  ,