18.02.2019

Altıağac qəsəbə tam orta məktəbin şagirdi təltif edilib

Xızı rayon A.Abdullayev adına altıağac qəsəbə tam orta məktəbin VIII sinif şagirdi Dəstə Məmmədova Ombudsman  Aparatının  “Uşaq hüquqları” aylığı  çərçivəsində  elan etdiyi məktəblilər  arasında “Mən və hüquqlarım” mövzusunda rəsm müsabiqəsinin həvəsləndirici mükafatına layiq görülüb.  

Mükafat Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev tərəfindən şagirdə təqdim edilib.

Qaliblər rəsm əsərinin müsabiqənin mövzusuna uyğun olması, BMT-nin Uşaq Hüquqları Konvensiyasının müvafiq müddəasının rəsmlərdə əksini tapması, əsərlərin mövzu, ideya, işlənmə texnikası və üslub baxımından orijinallığı meyarlarına əsasən müəyyən edilib.


Açar sözlər: ,