18.02.2019

“Xocalı əsrin faciəsidir” inşa yazı müsabiqəsi keçirilib

Xızı rayon Təhsil Şöbəsi rayonun ümumtəhsil məktəblərinin şagirdləri arasında “Xocalı əsrin faciəsidir” mövzusunda inşa yazı müsabiqəsi keçirib.
Müsabiqə Xızı rayon Yeni-Yaşma kənd tam orta məktəbində keçirilib. Müsabiqədə 14 ümumtəhsil məktəbindən 13 şagird iştirak edib.

Tədbirdə əvvəlcə rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev məktəbliləri salamlayıb,  onlara  Xocalı  soyqırımı  qurbanları  haqqında  məlumat  verib.  Qeyd  olunub ki, 1992-ci  il  fevralın  26-da  Ermənistan  hərbi  birləşmələri  Rusiyanın  366-cı  motoatıcı alayının iştirakı ilə 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Hadisələrin gərginləşdiyi zaman, 4 aydan artıq mühasirədə qaldığı üçün 4000 insan tədricən şəhəri tərk edib. Xocalı soyqırımında 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca güllələnib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirib.


Açar sözlər: ,  ,  ,