19.02.2019

“Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib

Xızı rayon Yeni-Yaşma kənd tam orta məktəbdə “Ədəbiyyat biliciləri” müsabiqəsinin rayon mərhələsi keçirilib.

Müsabiqənin rayon mərhələsində 17 şagird biliklərini nümayiş etdirib. Bu turda rayondan seçilən məktəblilər respublika mərhələsinə vəsiqə qazanacaq.

“Ədəbiyyat biliciləri” müsabiqəsi şagirdlərin Azərbaycan və dünya ədəbiyyatının görkəmli nümayəndələrinin yaradıcılıqları haqqında məlumatlılıq səviyyəsini, ədəbiyyat nümunələrinin məktəblilər tərəfindən mütaliə olunması vəziyyətini öyrənmək məqsədi daşıyır.


Açar sözlər: ,  ,  ,