25.02.2019

“Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında rayon şahmat festivalı keçirilib

Xızı rayon M.A.Dadaşzadə Şorabad qəsəbə tam orta məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Şahmat” fənni tədris olunan pilot ümumi təhsil məktəblərinin şagirdləri arasında rayon şahmat festivalı keçirilib.

Şahmat festivalının rayon mərhələsində C.Novruz adına sitalçay 1 saylı tam orta məktəbi təmsil edən komanda I, N.Allahverdiyev adına Sitalçay kənd tam orta məktəbi təmsil edən komanda II, M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbi təmsil edən komanda isə III yerə layiq görülüb.

Öz taxtasında mübarizə apararaq Giləzi qəsəbə tam orta məktəbin şagirdi Cəfərzadə Elnur Elşad oğlu, Şorabad qəsəbə tam orta məktəbin şagirdi Babazadə Mələkxanım Mehman qızı, Yeni-Yaşma kənd tam orta məktəbin şagirdi Paşazadə Həzrətəli Sandir oğlu, Sitalçay kənd tam orta məktəbin şagirdi Ələkbərli Üveys Rauf oğlu, Sitalçay 1 saylı tam orta məktəbin şagirdləri İlayaslı Elnur Novruz oğlu və Cəfərov Rəhim Sərvər oğlu I yerlərə layiq görülüblər.