25.04.2019

Məktəblilərin Altıağac Milli Parkına ekskursiyası

R.İsmayılov adına Xızı şəhər tam orta məktəbinin şagirdlərinin Altıağac Milli Parkına ekskursiyası təşkil edilib.

Ekskursiya Xızı rayon Təhsil Şöbəsi və Altıağac Milli Parkının birgə təşkilatçılığı ilə həyata keçirilib.

Ekskursiyada Altıağac Milli Parkının mütəxəssisləri tərəfindən şagirdlərə həyata keçirilən ekoloji layihələr, parkın  fəaliyyət istiqamətləri haqqında ətraflı məlumat verilib.

Ekskursiya zamanı məktəblilər parkın infrastrukturu, burada quraşdırılmış və tətbiq olunan digər müasir texnologiyalarla tanış olublar. Ekskursiya məktəblilərdə böyük marağa səbəb olub.

Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb, şagirdlərin sualları cavablandırılıb.

 


Açar sözlər: ,  ,