09.05.2019

İmaməddin Nəsimin 650 illik yubileyi münasibəti ilə intelektual yarış keçirilib

İmaməddin Nəsimin 650 illik yubileyi münasibəti ilə Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə  M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində intelektual yarış keçirilib.

7 ümumtəhsil müəssisəsini əhatə edən bu yarışda ümumilikdə 42 nəfər şagird, 7 komanda  iştirak edib.

Qeyd edək ki, yarışmanın birinci mərhələsinin nəticələrinə əsasən, C.Novruz adına Sitalçay 1 saylı tam orta məktəbin komandası birinci yerə çıxaraq may  ayının 25-də  keçiriləcək zona mərhələsində iştirak edəcək.


Açar sözlər: ,  ,  ,