16.05.2019

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib

Xızı rayon Heydər Əliyev MərkəzindəAzərbaycanşünaslıq Sumqayıt Regional Mədəniyyət İdarəsinin, xızı rayon nümayəndəliyinin təşkilatçılığı ilə Azərbaycan xalqının çoxəsrlik ənənələrə malik bədii və fəlsəfi fikrində dərin iz qoymuş mütəfəkkir şair İmadəddin Nəsiminin  650 illik  yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.

Xızı rayon nümayəndəliyinin baş məsləhətçisi Mönsüm Bağırov diqqətə çatdırıb ki, Nəsimi Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. Nəsimi irsinin Azərbaycan xalqının mənəviyyat xəzinəsində layiqli yerini tutmasından söz açan dekan ölməz şairin yaradıcılığına məhz ulu öndər Heydər Əliyevin verdiyi yüksək dəyərdən danışıb.

Xızı şəhər tam orta məktəbin ədəbiyyat müəllimi Tural Fərəcov Nəsiminin Azərbaycan ədəbiyyatında tutduğu mövqedən, bu böyük söz sahibinin zəngin ədəbi irsindən danışıb, Nəsiminin dillər əzbəri olan “Sığmazam” qəzəlini təhlil edib.

Sonda məktəblilərə Heydər Əliyev Mərkəzinin kino zalında “Nəsimi” filmi nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,  ,