24.05.2019

Məktəblilərin muzeylərə ekskursiyaları davam edir

Xızı rayon R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdləri M.Müşfiqin Xızı rayonunda yerləşən muzeyinə ekskursiya ediblər. Şagirdlər muzeydə şairin həyatına dair albomlar, maketlər və digər eksponatlarla tanış olublar. Ekskursiya zamanı şagirdlərə şairin həyat və yaradıcılığı haqqında qısa mühazirələr oxunub.

Bundan əlavə, məktəblilər ekskursiya çərçivəsində muzeyin  kolleksiya fonduna tamaşa edib, onlara muzeyin yerləşdiyi ərazinin tarixi barədə ətraflı məlumatlar verilib.

Qeyd edək ki, məktəblilər üçün maarifləndirici tədbir və ekskursiyaların təşkil olunmasında əsas məqsəd şagirdlərin asudə vaxtlarını səmərəli təşkil etmək, onların dünyagörüşünü, bilik və bacarıqlarını artırmaq, uşaqlara milli-mənəvi dəyərlərimizə hörmət hissi aşılamaq, tarixi abidələrimiz haqqında dolğun məlumatları çatdırmaqdan ibarətdir.


Açar sözlər: ,  ,