27.05.2019

"28 May- Respublika Günü” münasibəti ilə tədbir keçirilib

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində "28 May- Respublika Günü” münasibəti ilə tədbir keçirilib.

Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş nitqi ilə açan məktəbin direktoru Svetlana Rüstəmova gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə yaranaraq fəaliyyət göstərmiş Azərbaycan Xalq Cümhuriyyətinin demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, hərbi quruculuq və sair sahələrdə həyata keçirdiyi işlərin Azərbaycan tarixinin parlaq səhifəsi olduğunu bildirib.

Daha sonra çıxış  edən məktəbin tarix müəllimi Vüsal Hicranoğlu nitqində 1991-ci ildə öz müstəqilliyini bərpa edən müasir Azərbaycan Respublikasının Azərbaycan Xalq Cümhuriyyətinin siyasi varisi olduğunu vurğulayaraq 1993-cü ildə Azərbaycan xalqının israrlı çağırışı və dəvəti ilə hakimiyyətə gələn Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin bu müstəqilliyi qoruyub saxlayaraq inkişaf etdirməsindən bəhs edib və tədbir iştirakçılarını qarşıdan gələn "28 May- Respublika Günü” münasibəti ilə təbrik edib.

Sonra Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi və keçdiyi yol haqqında məktəbin tarix müəllimi Səbirə Tağıyeva məlumat verib və bildirib ki, 1918-ci il mayın 28-də xalqımızın görkəmli oğullarının qurduğu cümhuriyyət Azərbaycan tarixinin şərəfli səhifəsidir.

Çıxışlardan sonra məktəblilərin hazırladıqları kompozisiya nümunələri nümayiş olunub.Tədbir Azərbaycanın üçrəngli bayraqlarının səhnədə dalğalandırılması ilə yekunlaşıb.


Açar sözlər: ,  ,  ,  ,