30.05.2019

““Gəlin, uşaqları yol qəzalarından qoruyaq!” tədbiri keçirilib

Uşaqları Beynalxalq Müdafiə Günü ilə bağlı Xızı rayon Təhsil Şöbəsi, Xızı rayon Polis Şöbəsi və R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin təşkilatçılığı ilə “Gəlin, uşaqları yol qəzalarından qoruyaq!” devizi altında tədbir keçirilib.

Uşaqların yolda təhlükəsizlik qaydaları, yol hərəkəti təhlükəsizliyi məsələlərinə yönəldilməsi məqsədilə keçrilən tədbirə qatılan məktəbin xüsusi formalarla geyinmiş şagirdlərinin təqdimatında interaktiv, öyrədici, hərəkətli və didaktik oyunlar nümayiş etdirdilər.

Təşkilatçılar tərəfindən uşaqlara və onların valideyinlərinə balacaların yol hərəkət qaydalarını daha yaxşı qavramasına kömək edəcək yardımçı tədris vəsaitləri hədiyyə olunub.

 


Açar sözlər: ,  ,  ,