01.06.2019

Xızı rayonunda Uşaq festivalı keçirilib

İyunun 1-də Yeni-Yaşma kənd tam orta məktəbin həyətində Uşaq festivalı təşkil olunub.

Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan tədbir Xızı rayon Təhsil Şöbəsinin təşkilatçılığı, ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin dəstəyi ilə keçirilib.

Festival çərçivəsində məktəbin həyətində uşaqların maraqlarını əhatə edən, dünyagörüşlərini genişləndirən müxtəlif zonalar yaradılıb, ayrı-ayrı yaş qrupları üzrə əyləncəli və maarifləndirici proqramlar təqdim edilib.

Azyaşlılar “face art” zonalarında üzlərini arzularına uyğun boyatdırıb, rəqs, meydançalarında maraqlı anlar yaşayıblar.

Küçə incəsənəti həvəskarları asfalt üzərində rəsmlər çəkiblər.

Uşaqlar, həmçinin məktəblilərin ifasında müxtəlif tamaşalar izləyiblər.

Bayram münasibətilə tədris ili ərzində nəaliyyət əldə edib və tədbirlərdə fəal iştirak edən məktəblərin şagirdlərinə Xızı RTŞ tərəfindən hədiyyə və fəxri fərmanlar verilib.

Beləliklə, uşaqlar iyunun 1-də gün ərzində Yeni-Yaşma kənd tam orta məktəbin həyətində öz arzu və xəyallarını gerçəkləşdirmək, dostları ilə birgə səmərəli asudə vaxt keçirmək, bayramlarını birgə qeyd etmək imkanı qazanıblar.

 


Açar sözlər: ,  ,  ,  ,