14.06.2019

Xızı məktəblərində “Son zəng” keçirilib

İyunun 14-də rayonun ümumi təhsil müəssisələrində məzunlar üçün “Son zəng” çalınıb.

“Son zəng” tədbirlərində Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev, Təhsil Şöbəsinin məsləhətçi və metodistləri, yerli icra hakimiyyəti orqanlarının, məktəb icmalarının və ictimaiyyətin nümayəndələri, eləcə də sabiq məzunlar iştirak ediblər.

Tədbirlərdə məktəb məzunları və şagirdlərin iştirakı ilə mahnılar və rəqslərdən ibarət konsert proqramı nümayiş etdirilib, maraqlı səhnəciklər göstərilib.

Məktəb həyatı ilə vidalaşan məzunlar birincilərə hədiyyələr təqdim ediblər.

Dərs ilini müvəffəqiyyətlə başa vuran şagirdlər Fəxri fərman və medallarla təltif olunublar.

“Son zəng” tədbiri məktəblərin daixilində keçirilib və müvafiq müddət ərzində başa çatıb.

Qeyd edək ki, 2018-2019-cu tədris ilində Xızı rayon ümumi təhsil məktəblərinin IX siniflərini 185, XI siniflərini isə 108 nəfər bitirib. Rayonda 262 nəfər I sinfi  başa vurub.

 


Açar sözlər: ,  ,  ,