24.08.2019

Müəllimlər təlimlərdə iştirak edib

“Məktəbəhazırlıq qruplarında işin təşkili metodikası” proqramı üzrə keçirilən təlimlər Sumqayıt şəhər 5 nömrəli məktəbdə təşkil olunub.

Təlimlərin əsas məqsədi uşaqların erkən yaş dövründən intellektual, fiziki və psixi inkişafını, sadə əmək vərdişlərinə yiyələnməsini, istedad və qabiliyyətinin üzə çıxarılmasını, sağlamlığının qorunmasını, estetik tərbiyəsini, təbiətə və insanlara həssas münasibətinin formalaşmasını təmin etmək üçün məktəbəhazırlıq qruplarında məşğələlər keçəcək müəllimlərdə zəruri bacarıqlar formalaşdırmaqdır.

İxtisasartırma təlimlərinin müdavimlərinə yekun qiymətləndirmənin nəticələrinə uyğun olaraq müvafiq sertifikatlar veriləcək. Həmin müəllimlər oktyabrın 1-dən fəaliyyətə başlayacaq məktəbəhazırlıq qruplarında məşğələlər keçəcəklər.


Açar sözlər: ,