09.09.2019

Müəllimlərlə görüş

Xızı rayon ümumtəhsil müəssisələrinin pedaqoji kollektivinin iştirakı ilə Təhsil Şöbəsinin müdirinin iclası keçirilib.

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində keçirilən iclasda Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev, ümumi təhsil müsəssisələrinin rəhbərləri, təhsil şöbəsinin əməkdaşları, müəllimlər və praktik psixoloqlar iştirak ediblər.

İclas  Dövlət himninin səsləndirilməsi ilə başlayıb.

Qarşıdan gələn “Bilik Günü” münasibətilə təhsil işçilərini təbrik edən RTŞ müdiri Oqtay Abdullayev təhsil sahəsində qazanılan nailiyyətlər və qarşıda duran vəzifələrdən danışıb. Həmçinin risk qrupuna daxil olan təhsilalanlar və bu kimi məsələlərlə bağlı görüləcək işlərə toxunulub.

İclasın sonunda yeni tədris ilinin prioritet məsələləri haqqında fikir mübadiləsi aparılıb, iclas iştirakçılarını maraqlandıran məsələlərə aydınlıq gətirilib.


Açar sözlər: ,  ,