20.09.2019

Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbində Beynəlxalq Sülh Günü münasibətilə tədbir keçirilib

Məktəbin direktoru Svetlana Rüstəmova çıxış edərək bildirdi ki, Beynəlxalq Sülh Gününün ölkəmizdə geniş qeyd olunmasının əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın zorla müharibəyə cəlb edilməsinə baxmayaraq, ölkəmizin tolerant, daim sülh tərəfdarı olmasından danışılıb. Qeyd edilib ki, bu gün, həmçinin bütün məktəblərdə sülh dərsləri, müxtəlif müsabiqələr keçirilib.

Bildirilib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr verən Azərbaycan bu beynəlxalq aksiyada fəal iştirak edir. Azərbaycan faşizm üzərində Qələbənin əldə edilməsinə çox böyük töhfələr verib. Azərbaycandan 700 minə yaxın insan müharibədə iştirak edib, onlardan 300 mini həlak olub.123 nəfər ən yüksək ada – Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Bu, Azərbaycan xalqının qəhrəmanlığının bariz nümunəsidir.

Məktəbin ibtidai sinif müəllimi Xanım Hüseynova qeyd edib ki, Beynəlxalq Sülh Günü münasibətilə keçirilən tədbirlər Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın ərazisinin 20 faizinin işğal edilməsi faktının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması baxımın böyük əhəmiyyət daşıyır. Azərbaycan dövlətinin, nüfuzlu ictimai təşkilatların inamla apardığı bu müqəddəs işə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımız öz töhfələrini verməlidirlər.

Sonra təhsil ocağının şagirdləri İkinci Dünya, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinə ehtiram əlaməti olaraq əllərində tutduqları şarları havaya buraxıblar.


Açar sözlər: ,  ,