23.09.2019

“Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib

Quba rayon Qaraçay kənd tam orta məktəbidə “Əlaçı” televiziya layihəsində iştirak edəcək şagirdlər üçün seçim mərhələsi keçirilib.  Seçim mərhələsi Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Xızı rayonlarını əhatə edib. Seçim mərhələsində Xızı rayon ümumi təhsil məktəblərindən 30 şagird iştirak edib.

Seçim turunda hər bir rayonundan 30 nəfər (15 qız, 15 oğlan) XI sinif şagirdi mübarizəyə qoşulub. Test üsulu ilə keçirilən müsabiqədə şagirdlərə bütün fənləri əhatə edən 50 açıq sual verilib. Müsabiqənin yekunlarına görə, ən yüksək nəticə göstərən şagirdlər oktyabr ayında “Əlaçı” televiziya layihəsinin 9-cu mövsümünün çəkilişlərində iştirak edəcək.


Açar sözlər: ,  ,