04.10.2019

5 oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə Xızıda təntənəli tədbir keçirilib

Xızı rayon Təhsil Şöbəsinin müdiri Oqtay Abdullayev  tədbiri giriş sözü ilə açaraq müəllimləri təbrik edib, cəmiyyətin tərəqqisində, Azərbaycanın gələcəyində məhz bu peşə sahiblərinin şərəfli əməyinin olduğunu qeyd edib.

Oqtay Abdullayev Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən təhsil islahatlarından, təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində görülən işlərdən danışaraq son 4 ildə Xızıda təhsil sistemində qazanılan uğurları məhz bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi kimi dəyərləndirib.

Sonra müəllimləri təbrik etmək üçün söz Xızı rayon İcra Hakimiyyətnin başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Jalə Süleymanovaya verilib. Jalə Süleymanova təhsilə göstərdiyi yüksək diqqət və qayğıya görə Prezident cənab İlham Əliyev və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirib. Qeyd edib ki, göstərilən qayğının nəticəsi olaraq son illər Xızıda 5-dən artıq məktəb tamamilə yenidən qurulub müəllim və şagirdlərin ixtiyarına verilib.

Tədbirdə çıxış edən müəllimlər təhsil işçilərinə göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Sonda təhsil sahəsindəki səmərəli pedaqoji fəaliyyətinə görə şəhərin bir qrup qabaqcıl təhsil işçisinə fəxri fərman, təşəkkürnamə və diplomlar təqdim olunub.

 


Açar sözlər: ,  ,