17.10.2019

FHN-in Xızı rayon Dövlət Yanğın Nəzarəti Xidməti maarifləndirmə tədbiri keçirib

Tədbirdə R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin şagirdləri iştirak edib. İştirakçılara yanğın təhlükəsizliyi barədə geniş məlumatlar verilib, sualları cavablandırılıb. İlkin odsöndürmə vasitələrindən istifadə qaydası, texniki avadanlıq və ləvazimatların  əyani şəkildə nümayiş etdirilib. İştirakçılar əyani şəkildə nümayiş etdirilmiş avadanlıqlarla yaxından tanış olub və ilkin istifadə qaydaları haqqında Xızı rayon Dövlət Yanğın Nəzarəti Xidmətində məlumatlandırılıblar.


Açar sözlər: ,  ,