01.11.2019

“Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

Xızı rayon Sitalçay Sərhəd Qoşunları ibtidai məktəbində “Qarabağ Azərbaycandır” adlı tədbir keçirilib.

Mövzu ilə bağlı ətraflı məlumat verən məktəbin Qarabağ döyüşləri haqqında şagirdlərə ətraflı məlumat verib. Qeyd olunub ki, minlərlə qəhrəman qız və oğullarımız son damla qanına belə hər an vuruşmağa hazırdır.  

Müzakirə zamanı məktəbin direktoru şagirdlərin bu məsələ ilə bağlı məlumatlı olmalarını və müəllimlərin dərslərdə də bu mövzunun müzakirəsi üçün vaxt ayırmalarını təklif edib.

Müzakirələrdən sonar şagirdlər hazırladıqları təqdimatları nümayiş etdirərək ürəklərinin azyaşlı olmalarına baxmayaraq hər zaman dogma torpaqlarımızla döyünməsini və böyüyərək Vətənin müdafiəsinə hər zaman hazır olmalarını bildiriblər.


Açar sözlər: ,  ,