04.11.2019

Xızıda məktəbli qızlar arasında keçirilən voleybol yarışı başa çatıb

Xızı rayon M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin idman zalında Xızı RTŞ tərəfindən rayon məktəbliləri arasında qızların voleybol yarışının final oyunları keçirilib.

Yarışda 6 rayon komandasının tərkibində 36 nəfər iştirak edib.

Yekun nəticəyə görə, I yeri Fındığan kənd tam orta məktəbin komandası, II yeri N.Allahverdiyev adına Sitalçay kənd tam orta məktəbin komandası, III yeri M.Müşfiq adına Giləzi qəsəbə tam orta məktəbin komandası tutub.

Yarışın bağlanış mərasimində Xızı Rayon Təhsil Şöbəsi, Rayon Gənclər və İdman İdarəsinin nümayəndləri və digər şəxslər qalibləri təbrik edib, onlara gələcək yarışlarda müvəffəqiyyətlər arzulayıblar.


Açar sözlər: ,  ,