13.11.2019

Əhməd bəy Ağaoğlunun anadan omasının 150 illiyi münasibətilə dəyirmi masa keçirilib

Xızı rayon akademik M.A.Dadaşzadə  adına Şorabad qəsəbə tam orta məktəbdə Əhməd bəy Ağaoğlunun anadan omasının 150 illiyi münasibətilə dəyirmi masa keçirilib.

Çıxış edən Xızı RTŞ-nin məsləhətçisi İman Ağayev Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyəti haqqında geniş məlumatla çıxış edib.

Tədbirdə Əhməd bəy Ağaoğlunun ictimai problemləri mənəvi-əxlaqi aspektdə işıqlandıran, cəmiyyəti tərəqqiyə doğru yönəlməyə və qabaqcıl dünya mədəniyyətindən bəhrələnməklə yeniləşməyə çağıran geniş mövzu dairəsinə malik dərin məzmunlu əsərlərinin Azərbaycan maarifçiliyinə mühüm töhfə olduğu bildirilib. Qeyd edilib ki, Əhməd bəy Ağaoğlu ötən əsrin əvvəllərindən etibarən Azərbaycanda və onun hüdudlarından kənarda cərəyan edən mürəkkəb ictimai-siyasi proseslərdə fəal iştirak etmiş və milli oyanış hərəkatının daim ön sıralarında dayanan vətənpərvər şəxsiyyət, eyni zamanda, müsəlman Şərqində müasirləşmə siyasətinin ardıcıl tərəfdarı kimi tanınmışdır.

Tədbirdə, həmçinin görkəmli publisist haqqında hazırlanmış, onun dövrünün poseslərini əks etdirən videoçarx nümayiş etdirilib.


Açar sözlər: ,  ,  ,