15.11.2019

“Yol hərəkəti təhlükəsizliyi” adlı tədbir keçirilib

Xızı rayon ümumtəhsil məktəblərində “Yol hərəkəti təhlükəsizliyi” adlı tədbirlər keçirilib. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüşün keçirilməsində məqsəd uşaq və yeniyetmələrin iştirakı ilə yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində profilaktik tədbirlərin gücləndirilməsi, eləcə də ümumtəhsil məktəblərində şagirdlərə təhlükəsiz davranış vərdişlərinin aşılanması və tədris prosesinin səmərəliliyinin yüksəldilməsinə dövlət yol polisinin köməyinin artırılması olub.

Tədbir iştirakçıları belə vacib tədbirlərin keçirildiyi üçün təşkilatçılara öz dərin minnətdarlığını bildirərək yollarda uşaqların təhlükəsizliyinin təmin olunmasında profilaktik tədbirlərin və maarifləndirmə işlərinin əhəmiyyətindən söz açıb. Məktəblərdə isə yol təhlükəsizliyi mövzusunda maarifləndirici tədbirlərin keçirilməsi bu sahədə yeni imkanlar yaradır.

Tədbirdə şagirdlərə küçə və yollarda təhlükəsizlik vərdişlərinin aşılanıb, onlarla "Yol hərəkəti haqqında" Qanunun tələbləri, nizam-intizam qaydaları, eləcə də yol mədəniyyətinin yüksəldilməsi üzrə təbliğat və maarifləndirici söhbətlər aparılıb, yol hərəkəti təhlükəsizliyi və piyadaların bu qaydalar daxilində hərəkətinə dair müxtəlif sosial video-çarxlar nümayiş olunub.

Daha sonra məktəb şagirdləri yol hərəkəti qaydalarıyla bağlı müxtəlif şeirlər, mahnılar səsləndirib, səhnəciklər göstəriblər.  


Açar sözlər: ,  ,  ,