21.11.2019

Plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri haqqında maarifləndirici tədbirlər keçirilib

Xızı rayon ümumtəhsil məktəblərində plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri haqqında maarifləndirici tədbirlər keçirilib.

Tədbirlərin ardınca bir qrup məktəbli müəllimlərinin nəzarəti altında məktəblərin yaxın ərazilərində mövcud plastik tullantılarını yığaraq ətrafdakı insanları tullantıların təbiətə, flora və faunaya vurduğu ziyan barədə məlumatlandırıblar.

Tədbirlər Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli 935 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tərbirlər Planı”nın 2.2.1-ci və 2.2.3-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası təhsil nazirinin 13.03.2019-cu il tarixli F-127 nömrəli əmri ilə Tədbirlər Planına uyğun olaraq həyata keçirlib.

 


Açar sözlər: ,  ,  ,