28.11.2019

Qrant layihə çərçivəsində tədbir

R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin “Mən psixoloqam” layihəsi çərçivəsində tədbir keçirilib.

Tədbirdə Xızı rayon Təhsil Şöbəsinin nümayəndələri, məktəb direktorları, müəllim, valideyn və psixoloqlar iştirak edib.

Tədbirdə iştirakçıları salamlayan məktəbin direktoru, respublikanın əməkdar müəllimi Fazil Məmmədov “Mən psixoloqam” layihəsinin təhsildə inkişaf və innovasiyalar üzrə 3-cü qrant müsabiqəsində qalib layihələrdən olduğunu bildirib. Çıxışı zamanı direktor layihə çərçivəsində bu sahədə görülən məqsədyönlü işlərdən danışıb.

Tədbirdə çıxış edənlər layihənin məqsədi barədə ətraflı məlumat veriblər. Bildirilib ki, məktəblərdə psixoloji mühitin uyğun maarifləndirilməsi, bu sahədə məlumatsızlığın yaratdığı problemlərin aradan qaldırılması və məktəb psixoloqlarının fəaliyyətinin əlaqələndirilməsi əsas məqsədlərdən ibarətdir.

Layihə çərçivəsində həyata keçirilən təlimlərdən, aparılan tədqiqat işlərindən, əməkdaşlıq edilən məktəblərdə baş tutan tədbirlərdən bəhs edən hesabat xarakterli videoçarx nümayiş olunub.


Açar sözlər: ,  ,