02.12.2019

Riyaziyyat aylığı

Riyaziyyat aylığının keçirilməsinin əsas məqsədi təhsilin keyfiyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin tədris prosesində, sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyətinin səviyyəsinin öyrənilməsi və təbliğinə xidmət edib. Aylıq çərçivəsində V-X sinif şagirdləri tərəfindən müxtəlif riyaziyyat bülletenləri, riyaziyyata aid maraqlı referatlar, bukletlər hazırlamış, müəllimlər tərəfindən nümunəvi dərslər təşkil edilmişdir. Riyaziyyat müəllimi Günya Qədirovanın müasir tələblərə tam cavab verən nümunəvi dərsləri gənc müəllimlər üçün maraqlı öyrənmə mənbəyinə çevrilib. Sonda riyaziyyat aylığında həyata keçirilən tədbirlər, nümunəvi dərslər metodbirləşmə sədrinin hazırladığı təqdimat-videoçarxla tədbirə toplaşanların diqqətinə çatdırılıb. “Riyaziyyat aylığı” məktəbdə ay ərzində, şagirdlərin bu fənnə olan marağının artmasına səbəb olub.


Açar sözlər: ,  ,  ,