07.12.2019

İnşa-yazı müsabiqəsi keçirilib

07 dekabr 2019-cu il tarixdə Təhsil Nazirliyinin 02-14-1579/13 nömrəli, 12.11.2019-cu il tarixli məktubuna uyğun olaraq "Azərbaycanda qadın haqları: milli və beynəlxalq hüquq gənclərin gözü ilə" layihəsi üzrə Xızı rayon Yeni-Yaşma kənd tam orta məktəbində rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin iştirakı ilə inşa-yazı müsabiqəsi keçirilib. Müsabiqədə rayonun müxtəli ümumtəhsil məktəblərindən 17 şagird iştirak edib.

Rayonun qabaqcıl müəllimlərindən ibarət yaradılmış komissiya şagirdlərə təklif olunan mövzuların aktuallığı haqqında məlumat verib. Şagirdlər daha çox "Azərbaycanda lider qadınlar və onların formalaşmasında imkanlar, çətinliklər və maneələr", "Təhsilin Azərbaycan qızlarının müqəddəratına təsiri" mövzularına müraciət ediblər. 

Qeyd edək ki, müsabiqənin qaliblərinin adları 16 dekabra kimi açıqlanacaq.