10.12.2019

XXIII ənənəvi respublika turniri

Respublika Olimpiya Mərkəzində SSRİ rekordçusu, ümumittifaq dərəcəli hakim, professor  Tofiq Qarayevin şərəfinə atletika üzrə XXIII ənənəvi respublika turnirinə yekun vurulub.

Turnirdə Bakı, Gəncə, İsmayıllı, Bərdə, Xızı və Sumqayıtdan olan yeniyetmələrdən ibarət 29 komanda birincilik uğrunda mübarizə aparıb. Hər bir komandada bir qız və bir oğlan olmaqla 58 idmançı atletikanın 5 növü üzrə öz qüvvəsini sınayıb.

Yarışlarda Xızı rayonunu təmsil edən Yeni-Yaşma kənd tam orta məktəbin komandası II yerə, fərdi hesabda top atma üzrə Əsədli Novruz Şirməmməd oğlu, R.İsmayılov adına Xızı şəhər tam orta məktəbin  şagirdi Eyyubova Xanım Mürşüd qızı, nizə atma üzrə isə Baxşılı kənd ümumi orta məktəbinin şagirdi Baxışzadə Polad Təvəkkül oğlu II yerə layiq görülüb.

Qeyd edək ki, yarış Azərbaycan Atletika Federasiyasının təşkilatçılığı ilə keçirilib.