13.12.2019

Məktəblilər Altıağac Milli Parkında bir gün

Xızı rayon R.İsmayılov adına Xızı şəhər və A.Abdullayev adına Altıağac qəsəbə tam orta məktəblərin şagirdlərinin Altıağac Milli Parkına eksursiyası təşkil olunub.

Altıağac Milli Park Altıağac Dövlət Təbiət Qoruğu və ona həmsərhəd olan dövlət meşə fondu torpaqlarının bazasında 11035 hektar ərazidə yaradılmışdır. Ərazisinin 90.5%-ni enliyarpaqlı meşələr təşkil edir.

Milli Parkın yaradılmasının başlıca məqsədi  Böyük Qafqazın cənub-şərqi yamaclarının təbii landşaftlarının qorunub saxlanılması, flora və fauna növlərinin bərpası, təbii komplekslərin mühafizəsinin gücləndirilməsi, ekoloji monitorinqin həyata keçirilməsi və eləcə də, turizm və istirahət (rekreasiya) üçün şərait yaradılması və əhalinin ekoloji cəhətdən maarifləndirilməsini təmin etməkdir.

Şagirdlərimiz - Altıağac Milli Parkında Azərbaycanın təbiətinin biomüxtəlifliyi ilə bərabər, heyvanlar aləmi ilə zəngin olmasının şahidi olublar.

Şagirdlər Altıağac  Milli Parkından xoş təəssüratlarla ayrılıblar.


Açar sözlər: ,  ,