26.12.2019

Xızı şəhərində 420 şagird yerlik tam orta məktəbinin tikintisi

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva, Xızı rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov, məktəb direktorları və müəllimlər iştirak ediblər.

Öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri qoyulub.

Daha sonra məktəbin açılışını bildirən rəmzi qırmızı lent kəsilib, nazir müavini və digər iştirakçılar yeni məktəbdə yaradılmış şəraitlə yaxından tanış olublar.

Açılış mərasimində Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva çıxış edərək dövlətin diqqət və qayğısı nəticəsində son illərdə təhsilin  infrastrukturunun müasirləşdirilməsi istiqamətində görülmüş əhəmiyyətli işlər barədə ətraflı danışıb. Nazir müavini deyib ki, hər bir şəxs onlar üçün yaradılan bu imkanları yüksək qiymətləndirməli və onlardan maksimum faydalanmalıdır. Məhəbbət Vəliyeva bildirib ki, təhsilin qarşısında duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərə bağlı olan, tarixini bilən əsl Azərbaycan vətəndaşını yetişdirməkdir. Nazir müavini uşaqların yaxşı təhsil almasında valideynlərin müstəsna roluna, onların məktəblə sıx əməkdaşlığının əhəmiyyətinə də toxunub. Müasir dövrdə savadlı, bilikli olmağın vacibliyini qeyd edən Məhəbbət Vəliyeva vurğulayıb ki, oğlanlarla yanaşı qızların da təhsilə yiyələnməsinə xüsusi diqqət yetirmək lazımdır.

Daha sonra çıxış edən Xızı Rayon İcra Hakimiyyətinin başçısı Xəzər Aslanov yeni məktəb binasının açılışı münasibətilə hər kəsi təbrik edib, uğurlar arzulayıb.

      Azərbaycan Respublikası Prezidentinin 4 may 2018-ci il tarixli 49 nömrəli Sərəncamı ilə Xızı şəhərində Rafiq İsmayılov adına Xızı şəhər tam orta məktəbin 420 şagird yerlik yeni binasının tikintisi məqsədi ilə layihə-smeta sənədlərinin hazırlanması üçün 145 290.0 manat vəsait ayrılmış və “Azərbaycan İnşaat və Memarlıq Elmi-Tədqiqat İnstitutu tərəfindən 420 şagird yerlik məktəbin layihə-smeta sənədləri hazırlanmışdır.

Sərəncamın icrası ilə əlaqədar olaraq Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsi ilə podratçı təşkilat olan „ T.T.Ş.İnşaat“ MMC arasında 30.11.2018-cı il tarixində dəyər 4 310 618.0 manat olan 169-B/18 nömrəli müqavilə bağlanmışdır.

Məktəb binasının tikintisi üçün 1.21 ha torpaq sahəsi ayrılmışdır. Tikinti  altı  ahəsi –2370.68 m2, binanın ümumi  sahəsi – 5064 m2. Məktəb binası mürəkkəb formaya malik olub – 2 mərtəbəli tədris korpusundan ibarət bir tipli layihə əsasında hazırlanmışdır. Binanın konstruksiya sxemi, daş konstruksiyalı qəbul edilmişdir. Bina döşəməaltı zirzəmi ilə layihələndirilmişdir.

Giriş qapıları və vitrajlar aliminium, daxili qapılar MDF tipli, pəncərələr PVC-dir.

Layihə üzrə məktəb binasında 17 sinif otağı, 1 kimya, 1 fizika və 1 biologiya laboratoriyaları, hərbi hazırlıq kabineti, kompyuter otağı, 168 yerlik akt zalı-188.1 m2, 68 yerlik yeməkxana – 68.6 m2, idman zalı – 287.8 m2, müəllimlər otağı, direktor otağı, qəbul otağı,  müavin otağı, məktəbəqədər hazırlıq kabineti, tibb otağı, qarderob, 2 əmək təlimi otağı, texniki otaq, kitabxana nəzərdə tutulmuşdur.

Binanın  daxilində hər  mərtəbədə  şagirdlər və müəllimlər üçün ayrı-ayrılıqda sanitar qovşağı layihələndirilmişdir.

Divar və tavanlar suvanmış. sulu boya ilə boyanmışdır. Fasad –kürsü aqlay daşla üzlənmiş, divarlar suvanmış və yüksək kefiyyətli fasad boyası ilə boyanmışdır. Dam örtüyü ağac konstruksiyalı olub, metal kirəmit tipli vərəqələrnən örtülmüşdür.

Giriş pilləkəni yanmış mərmər plitələrlə üzlənmiş, sinif otaqlarına taxta döşəmə vurulmuşdur. Koridorlar, laboratoriya otaqları, məktəbəqədər hazırlıq otağı, idman zalının döşəməsi PVC-ilə üzlənib və yeməkxanaya metlax döşəmə vurulmuşdur.

Avadanlıq,mebel və inventar – norma və təlabata uyğun nəzərdə tutulmuşdur.

Məktəb binasında videomüşahidə, yanğın əlehinə siqnalizasiya sistemləri,internet və telefon xətləri çəkilməsi yerinə yetirilmişdir.

Məktəb binasının  istiliklə təmin olunmasl üçün təbii qazla  işləyən müasirtələblərə cavab verən qazanxana və nasosxana tikilmişdir.

Ehtiyyat üçün içməli su rezervuarı yanğın əlehinə rezervuar, tikilmişdir.

Ərazi abadlaşdırılaraq binanın həyətinə səki daşları düzülüb, asfalt-beton döşəmə örtüyü vurulmuşdur.

Məktəbin ərazisində ağac və gül kolları əkilmişdir.


Açar sözlər: ,  ,  ,