27.12.2019

Uşaqların Yeni il sevinci

Dekabr 27-də Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə milli nağıllar qəhrəmanı Cırtdan Yeni il hədiyyələrini göndərməklə Xızı, Quba, Siyəzən və Şabran rayonlarının balaca sakinlərini sevindirib. Tezliklə Cırtdan Yevlax, Astara, Lerik, Ağcabədi, Şəki, Qax, Lənkəran, Masallı, Zaqatala, Balakən, Ucar və Zərdab rayonlarının uşaqlarını da Yeni il hədiyyələrini göndərməklə onları sevindirəcəkdir.

 


Açar sözlər: ,  ,